İrandan narkotik gətirənlər tutuldu

İrandan narkotik gətirənlər tutuldu


00:00     10 İyul 2015 image_1081_3gafs.jpg

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Xoşqədəm Əfəndiyevanın üzərində şəxsi yoxlama zamanı ondan “ddp/40” nişanəli cəmi 54 ədəd metadon adlı həb aşkar edilib.

Bu hadisədən təqribən 20 dəqiqə sonra İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Emil Əcəmova məxsus əşyalara baxış zamanı da oxşar fakt qeydə alınıb. E. Əcəmovun siqaret qutusundan isə “ddp/40” nişanəli cəmi 15 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.

Biləsuvar Gömrük İdarəsinin təhqiqat bölməsində aparılan ilkin araşdırma zamanı sözügedən şəxslərin İrana birlikdə gedərək metadon adlı həbləri birlikdə əldə etdikləri müəyyən edilib.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Faktlarla bağlı təhqiqat aparılır.

Açar sözlər:

Oxunub: 970