Məzahir Pənahov ABŞ səfiri ilə görüşüb


18:20     21 Sentyabr 2016 mezahir.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.


MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, R. Sekuta MSK ilə sıx əməkdaşlıqdan məmnunluğunu bildirib, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

M. Pənahov qeyd edib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. MSK sədri referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 977