Mərdəkanda qəza, sürücü öldü


18:48     21 Sentyabr 2016 1359952125_qeza-avariya-main.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin Qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:46-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1419