Prezident və xanımı açılış etdi


18:33     20 Aprel 2015 14280596476040952191_750x500.jpg

Bu gün Bakı Su İdmanı Sarayının açılışı olub.


Femida.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsib. Sonra Su İdmanı Sarayında yaradılan şəraitlə tanış olublar.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.
Femida.az

Açar sözlər:

Oxunub: 469