İlham Əliyev İtaliya baş naziri ilə görüşdü

İlham Əliyev İtaliya baş naziri ilə görüşdü


05:33     10 İyul 2015 640948.jpg

Azərbaycanın prezidenti İlham Əliyevin İtaliyanın baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub.


Femida.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

“Kici” sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyevi baş nazir Matteo Renzi qarşılayıb.

Hərbi orkestrin ifasında Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Prezident İlham Əliyev və baş nazir Matteo Renzi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İtaliyanın hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti baş nazir Matteo Renziyə təqdim olunub.

Geniş tərkibdə görüşdə baş nazir Matteo Renzi ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Ölkələrimiz arasındakı ikitərəfli münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən baş nazir ölkəsinin Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın baş naziri “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğulayıb. O, sərgidə iştirakına görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Görüşdə ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edilib, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 829