600 miqrantın olduğu qayıq batdı


04:40     22 Sentyabr 2016 miqrant6.jpg

Misirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 38-ə çatıb.


Misir sahillərində batan gəminin göyərtəsində ümumilikdə 600 miqrantın olduğu bildirilir.

Məlumata görə, Misir hərbçiləri 154 nəfəri sudan çıxararaq xilas ediblər. İtkin düşənlərin axtarışı davam edir.

Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində qadın və uşaqlar daxil olmaqla Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1026