İlham Əliyev italiyalı həmkarı ilə görüşüb - FOTOLAR

İlham Əliyev italiyalı həmkarı ilə görüşüb - FOTOLAR


05:55     10 İyul 2015 6972402559ecef621f661436471030_14364695496351525651_750x500.jpg

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə görüşü olub.


Femida.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən İtaliya Prezidenti Azərbaycanın bölgədə, regionda və ümumiyyətlə dünyada gedən proseslərdə önəmli rolunu qeyd edib.

Prezident Sergio Mattarella “Milan Expo 2015” sərgisində iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İtaliya dövlətinin başçısı Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərimizin, mədəni sahədə əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb. Milan sərgisində Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində, antiterror fəaliyyətində, ekstremizmə və radikalizmə qarşı beynəlxalq səviyyədə mübarizədə rolunu yüksək qiymətləndirib.

İtaliya Prezidenti ölkələrimiz arasında güclü dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdıraraq deyib ki, bu, xalqlarımızı daha da yaxınlaşdırır. O, Azərbaycanın yalnız regionda deyil, ümumiyyətlə beynəlxalq dialoqun həyata keçirilməsi işində rolunu yüksək qiymətləndirdi.

Prezident Sergio Mattarella birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Azərbaycan Prezidentini təbrik edib.

Prezident İlham Əliyev İtaliyanın Azərbaycan üçün mühüm tərəfdaş ölkə olduğunu vurğulayıb və ötən il İtaliyaya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında sənədin əhəmiyyətini xüsusi qeyd edib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini qeyd edən dövlətimizin başçısı siyasi, iqtisadi, mədəni, o cümlədən enerji, tikinti, sənaye, nəqliyyat sahələrində əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi. “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev deyib ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Azərbaycan ilə İtaliya arasında sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verir. Bildirib ki, “Cənub” qaz dəhlizi ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İtaliya şirkətlərinin fəal iştirak etdiyini xüsusi vurğulayıb.

Söhbət zamanı iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da genişləndirilməsi, ikitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində möhkəmləndirilməsi baxımından önəmi vurğulandı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 685