Paralimpiyaçılarımız Vətəndədir - 11 medalla


01:30     23 Sentyabr 2016 1472796251_3054891.jpg

Bu gün Azərbaycanı 2016-cı il Yay Paralimpiya Oyunlarında təmsil edən idmançılar Bakıya qayıdıblar.


Femida.az-ın məlumatına görə, Rio-de-Janeyro - Paris - Bakı reysi ilə hərəkət edən təyyarə saat 18:35-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Paralimpiyaçılar hava limanında böyük coşqu ilə qarşılanıblar. İdmançıları qarşılamağa gələnlər arasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, paralimpiyaçıların ailə üzvləri, yaxınlar, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri olublar.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Rio-de-Janeyroda 1-i qızıl, 8-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar.

Açar sözlər:

Oxunub: 1080