Danimarka vətəndaşı Bakıda öldü


18:36     20 Aprel 2015 danimarka.jpg

Danimarka vətəndaşı bu gecə xəstəxanada vəfat edib


Bir neçə gün əvvəl Bakıda qəza enişi edən təyyarədə halı pisləşən şəxs vəfat edib. Femida.az-ın məlumatına görə, Banqkok-Kopenhagen marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb və hava gəmisinin qəza enişi edəcəyi ilə bağlı elan verilib. Bu zaman təyyarədə olan sərnişinlərdən Danimarka vətəndaşı, 73 yaşlı Leseen Elonun halı pisləşib. 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən əcnəbi ölkə vətəndaşı aprelin 20-nə keçən gecə reanimasiya şöbəsində vəfat edib.

L.Elonun vəfatı xəbərini xəstəxanadan Lent.az-a təsdiqləyiblər.

Qeyd edək ki,Bakıda qəza enişi edən təyyarənin göyərtəsində 47 sərnişin və 7 ekipaj üzvü olub.

Qəza enişi zamanı xəsarət alan olmayıb.
Femida.az

Açar sözlər:

Oxunub: 879