E-xidmətlərdən istifadənin sayı artıb

E-xidmətlərdən istifadənin sayı artıb


15:56     10 İyul 2015 14321061346085012404_750x500.jpg

Bu ilin iyun ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 157 712 dəfə istifadə halı qeydə alınıb.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, nazirliyin
“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 103 977 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 38 523 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən isə 13 430 dəfə istifadə olunub. Əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında olan bu üç e-xidmətdən cari ilin 6 ayı ərzində müvafiq olaraq 737 372 dəfə, 271 827 dəfə və 69 585 dəfə istifadə edilib.

Ümumilikdə bu ilin 6 ayı ərzində əhali ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi bütün e-xidmətlərdən 1 093 672 dəfə yararlanıb ki, bu da portaldan ümumi istifadə sayının (6 059 951 istifadə halı) 18%-dən çoxunu təşkil edir.

Açar sözlər:

Oxunub: 493


Oxşar xəbərlər