Azərbaycanda qanunsuz evlər köçürülə bilər


18:57     10 İyul 2015 Capture37.JPG

Azərbaycanda vahid kadastr bazasının yaradılması üzrə işlər gedir.


Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında deyib:

“Yaxın 2-3 ildə bu mükəmməl bazanı təhvil verəcəyik”.

Onun sözlərinə görə, bu bazadan təkcə ƏDMK deyil, digər aidiyyəti qurumlar da istifadə edə biləcək:

“Biz Sumqayıt şəhəri və Bakının 7 rayonunun mükəmməl kadastr məlumat bazasını hazırlamışıq. 3 rayonu da bu ilin oktyabrına qədər yekunlaşdıracağıq. Gəncə-Şəkini də 2016-cı ildə təhvil verəcəyik. Həmçinin respublikanın 53 rayonunun sadə kadastrı hazırlanıb təhvil verilib”.

Komitə rəsmisi bəzi torpaqlarda qanunsuz tikilən evlərin köçürülməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib:

“Dünya praktikası belədir ki, əgər həmin evlərin köçürülməsi baha başa gəlirsə o saxlanılır, yox daha ucuz olursa köçürülür. Biz də həmin ərazilərdə bu prinsipi tətbiq etməyi düşünürük”.

Açar sözlər:

Oxunub: 1069