“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq“


19:30     10 İyul 2015 Russia-Putin_3151917b.jpg

“Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulacaqlar”.


Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

O, ŞƏT dövlət başçıları şurasının geniştərkibli iclasını giriş sözü ilə açarkən bildirib ki, bu ölkələr dialoq üzrə tərəfdaş qismində ŞƏT ailəsinə qoşulurlar:

"Şanxay Əməkdaşlıq Təşkilatına bu və ya digər formada qoşulmaq istəyir dövlətlər də var. Tələblərə uyğun olaraq onların müraciətləini diqqətlə nəzərdən keçirəcəyik ".

Həmçinin Rusiya lideri bildirib ki, ŞƏT-ə ilk dəfə olaraq yeni üzvlərin (Hindistan və Pakistan) daxil edilməsi proseduru işə salınır.

Qeyd edək ki, hazırda ŞƏT-də Qazaxıstan, Qırığıstan, Özbəkistan, Rusiya, Tacikistan və Çin təmsil olunur.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 948