Politoloq: “Qərb Türkiyəyə təyziq edir”


19:23     20 Aprel 2015 The-Istanbul-skyline-at-dus.jpg

Politoloq: “Olland Azərbaycana səfər etməyə məcburdur”

“Fransa Prezidenti Fransua Olland Azərbaycana səfər etməyə məcburdur”

Bu açıqlamanı Femida.az-a politoloq Fikrət Sadiqov deyib. Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu nəzərə alan bu qitə ölkələri rəsmi Bakı ilə hesablaşmalı olurlar:


“Çünki, əvvəllər olsaydı Fransa dövlətinin lideri yalnız Ermənistana səfəri ilə kifayətlənərdi. Yalnız indi Azərbaycana səfər etməyə məcburdur. Enerji amili bu səfərdə mühüm əhəmiyyət kəsb edir.”

Politoloq həmçinin F.Ollandın səfəri zamanı Qarabağ münaqişəsinin müzakirə mövzusu olacağını da vurğulayıb: “ Ötən il Dağlıq Qarabağ münaqişəsinin həllinə dair, oktyabrın 27-də Parisdə, Yelisey sarayında Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanı qəbul edib. Bu səfər zamanı da Paris zirvəsinin davamı masa üzərinə qoyulacaq. Bütün hallarda formal olaraq yekun bir bəyanatın veriləcəyi gözlənilir. Çünki, Fransanın Ermənistana olan münasibəti bəllidir. Belə ki, ən yüksək səviyyədə qondarma erməni soyqırımında iştirak edən Fransa bununla münaqişə tərəflərinin hansının yanında olduğunu konkret ortaya qoyur. Hesab edirəm ki, Fransa Ermənistana təzyiq göstərməsə, onun nazı ilə oynamaqdan əl çəkməsə Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmayacaq.”

Qondarma erməni soyqırımının beynəlxalq səviyyədə müzakirə edilməsinə toxunan politoloq fikrini belə davam etdirib: “ Bu, birbaşa Qərbin Türkiyəyə təzyiqidir. Çünki, Ermənistan amili hər zaman təsir edən bir vasitə kimi istifadə edilib. Burada Fransanın rolu da az deyil. Əgər bu cür davam edərsə Fransanın beynəlxalq arenada imici zədələnə bilər. Çünki, Amerikanın Şərqə qapısı Türkiyədəndir. Və bu qapının bağlanmasını gözə ala bilməz. Özü də ki, Şərqdə baş verən hadisələr fonunda”

İlkin Nəcəfzadə

Açar sözlər:

Oxunub: 762