Tailand Türkiyədəki səfirliyini bağladı


21:51     10 İyul 2015 tayland-konsolosluk-09072015.jpg

Tailand dünən İstanbuldakı fəxri konsulluq binasına hücumdan sonra Ankaradakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib.


Femida.az xəbər verir ki, Ankaradakı Tailand səfirliyi və İstanbuldakı fəxri konsulluq bu gün müvəqqəti olaraq bağlanılıb.

Qeyd edək ki, Şərqi Türküstan Maarif Dərnəyinin 200 nəfər üzvü Tailandda saxlanılan və sonradan Şərqi Türküstandan Çinə ekstradisiya edilən uyğurlara görə Tailand Krallığının Baş Konsulluğu binasına hücum etmişdi.

Baş verən hücumda fəxri konsulluq binasının qapısını və şüşələrini qıraraq içəriyə girən nümayişçilər içəridəki qovluq və sənədləri küçəyə tökmüşdülər.

Açar sözlər:

Oxunub: 862