“Azərbaycanın mövqeyi artıq bəllidir“ - Elmar Məmmədyarov

“Azərbaycanın mövqeyi artıq bəllidir“ - Elmar Məmmədyarov


22:27     10 İyul 2015 e3e5928b1c5c1d1a0f9b263164ab9aad.jpg

"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar davam etdirilir. Azərbaycanın mövqeyi artıq bəllidir. Dağlıq Qarabağ problemi məsələsində güzəşt yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər".


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov vurğulayıb ki, Dağlıq Qarabağın statusu məsələsi indi həll olunan məsələ deyil: "Azərbaycanın mövqeyi çox konstruktivdir. İlk növbədə, hərbçilər hər iki tərəfdən kənara çəkilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalı, yollar açılmalıdır. Sonra bütün əlaqələri bərpa etməliyik. Bu baxımdan həm də Dağlıq Qarabağ ətrafında olan işğal olunmuş 7 rayondandan da erməni hərbçiləri çəkilməlidir. Bundan sonra bütün yolların, kommunikasiyaların açılmasına imkan verəcəyik. Çalışacağıq ki, regionda tədricən normal bir şəkildə əlaqələr quraq".

Nazir qeyd edib ki, məhz bunun əsasında da danışıqlar aparılır: "Deyə bilərəm ki, ümumiyyətlə, həm həmsədrlər, həm də Azərbaycan tərəfi bu istiqamətdə öz addımlarını atırlar. İndi qalır, bunu Ermənistan da qəbul etsin. Bu da gec-tez olacaq. Buna şübhə etmirəm".

Açar sözlər:

Oxunub: 547