Rövnəq Abdullayev baş nazirlə görüşüb
04:29 28 Sentyabr 2016
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində sentyabrın 27-də bu olkənin Baş naziri Aleksis Tsipras ilə görüşüb.
Femida.az-ın Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, saat yarım davam edən danışıqlar müsbət əhval-ruhiyyədə keçib.
Baş nazir Aleksis Tsipras Azərbaycanı Yunanıstanın strateji tərəfdaşı olan ölkə, SOCAR-ı isə strateji sərmayəçi şirkət olaraq dəyərləndirib. O bildirib ki, SOCAR-ın Yunanıstan bazarına daxil olması üçün bütün mümkün addımları atmağa hazırdır. Yunanıstanın baş naziri işçi qrupunun yaradılmasını təklif edib.
Görüşdə işçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun, Yunanıstan tərəfindən baş nazirin müşaviri və dövlət nazirinin rəhbərlik etməsi haqqında razılıq əldə olunub.
Qeyd edilib ki, işçi qrupu Avropa İttifaqı və Yunanıstanın dövlət qurumları ilə müvafiq müzakirələr aparmaqla hər iki tərəfi qane edən təkliflər hazırlamalıdır.
İşçi qrupunun fəaliyyəti üçün səmərəli şərait yaradılması məqsədilə SOCAR təminat məktubunun 2016-cı il oktyabrın 31-dək uzadılması haqqında qərar qəbul edib.
Femida.az
Oxunub: 1409
Oxşar xəbərlər
- Rövnəq Abdullayev təcili iclas keçirdi
- Rövnəq Abdullayev futbola gedəcək
- Rövnəq Abdullayevin oğlu klub rəhbəri oldu
- Rövnəq Abdullayev `Petkim`ə görə Türkiyəyə gedib
- Rövnəq Abdullayev prezidentlə görüşdü
- Rövnəq Abdullayev Oğuzda olub
- Rövnəq Abdullayev “Günəşli”də - FOTOLAR
- Rövnəq Abdullayev namizədliyini irəli sürüb
- Rövnəq Abdullayev gənclərin suallarını cavablandırdı - VİDEO
- Rövnəq Abdullayev benzinin qiymətindən danışdı (VİDEO)