Sərxoş sürücü qəza törətdi


15:32     11 İyul 2015 890042.jpg


Bu gün Gəncə-Göygöl yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Ağcəbədi rayon Kəbirli kənd sakini 57 yaşlı Məhəmməd Qurbanovun idarə etdiyi “Kia” markalı avtomobillə Göygöl sakini 33 yaşlı Elməddin Əhmədovun sükanı arxasında olduğu “QAZ 3110” markalı minik maşını toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı "QAZ 3110" markalı maşının sürücüsü yüngül xəsarət alıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları ilkin müayinə nəticəsində məlum olub ki, qəzaya “Kia” markalı maşının “QAZ 3110”-un yoluna çıxması səbəb olub. “Kia”nın sürücüsü sərxoş olub.

Açar sözlər:

Oxunub: 791