“Space” radiosu bağlanıb?


18:52     29 Sentyabr 2016 104fm.jpg

“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.


Bu barədə Femida.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.

Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”.

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1352