Biznesini qur, işlə, gəlir qazan - Ailələrə dəstək


16:03     30 Sentyabr 2016 unnamed%20(5).jpg

Masallıda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyasını həyata keçirəcək ABAD Ailə Biznesinə ASAN Dəstək Mərkəzi yaradılıb.


Femida.az xəbər verir ki, mərkəzin yaradılmasının əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır.

“ABAD” Mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək verməkdir.



ABAD – Ailə Biznesinə ASAN Dəstək Mərkəzi çərçivəsində kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrində ailə bizneslərinin, brendlərinin formalaşdırılmasına maddi və texniki dəstək verilməsi əsas məqsədlərdəndir. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaqdır.



ABAD-ın fəaliyyəti resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır. Mərkəz beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsulların istehsalını təmin edən ailə bizneslərinin və digər sahibkarlıq fəaliyyəti növlərinin təşkilini təmin edir, məhsulların istehsalı, satışı və xarici bazarlara çıxarılmasında vasitəçi rolunu oynayır. Bununla da mərkəz regional inkişaf proqramına təkanverici qüvvə olmaqla yanaşı, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin və rifah halının artırılmasında da əlaqələndirici və nəzarət funksiyalarının həyata keçirir.

Mərkəz biznes konsaltinq, marketinq, hüquqi yardım, satışın təşkili və bir sıra digər xidmətlər göstərir.



ABAD öz fəaliyyətini fərdi brendləşmə, müştəriyə və təlabata yönümlülük, keyfiyyət, vahid yanaşma və innovasiya prinsipləri əsasında təşkil edir.

Bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun olaraq ailələr seçilir. Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir.

Seçilmiş ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunurlar.
ABAD konteynerlərindən biri də kolbasa istehsalı konteyneridir. Kolbasa istehsalında gigiyena qaydalarına riayət edilir. ABAD Mərkəzində jem və mürəbbə istehsalı, meyvə-tərəvəz konserləri istehsalı, və süd məhsullarının istehsalı üçün konteynerlər mövcuddur.

Fərdi ailə biznesləri ABAD Mərkəzdən müasir texnoloji avadanlıqlar və mütəxəssis dəstəyi almaqla regionların sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq.










Femida.az

Açar sözlər:

Oxunub: 7965


Oxşar xəbərlər