İlham Əliyev ABŞ-ın xüsusi elçisini qəbul etdi


18:48     11 İyul 2015 14366013145860242073_1000x669.jpg

Prezident İlham Əliyev bu gün ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Femida.az-ın məlumatına görə, Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməsinin və Oyunlar zamanı gözəl əhval-ruhiyyənin mövcud olmasının önəmini qeyd edən Amos Hokstayn bunun həm ölkəmiz, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu deyib.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafının hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və ölkələr arası əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Açar sözlər:

Oxunub: 664