Bakının mərkəzində aksiya olacaq


21:27     20 Aprel 2015 aah%20logo.jpg

Azərbaycan Avropa Hərəkatı (AAH) 21 aprel saat 15:00-da Bakının Fəvvarələr Bağında dinc aksiya keçirəcək. Aksiya ermənilərin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” adı ilə dünya ictimaiyyətinə təqdim etməsi və 24 apreldə hadisələrin yüz illiyi olduğu üçün daha genişmiqyaslı təşviqata başlaması ilə bağlıdır.

Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, “soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə keçiriləcək açıq hava brifinqi düyaya sülh çağırışı məqsədi güdür.

“Təəssüflə qeyd etmək istərdik ki, tarixi prosesləri siyasi ritorikaya daşıyan qüvvələr həyata keçirmək istədiyimiz barış prosesinə əngəl törədir. Əgər birinci dünya savaşı zamanı baş verənləri soyqırım kimi xarakterizə etsək, erməni xalqına qisasçılıq hissi aşılamış olarıq. Bu halda da regionda sabitlik mümkün olmayacaq. Eyni zamanda soyqırım iddiası düşmənçilik yaradır, Ermənistan-Türkiyə sərhədlərinin bağlı qalmasına xidmət edir, münaqişədə maraqlı olan tərəflərin lehinə işləyir”,- deyə Hərəkatın yaydığı bəyanatda bildirilir.

Açar sözlər:

Oxunub: 326