Həkimlər imtahan qarşısında - Azərbaycanda


19:21     11 İyul 2015 1691_6m32o6vi7m.jpg

Bu ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə “Buraxılış vərəqəsi” verilib.


Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən Femida.az-a verilən məlumata görə, onlardan 5372 nəfəri imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb.

İmtahanlar ümumilikdə 40 ixtisas üzrə keçirilib. Sertifikasiya imtahanlarından keçənlərin arasında terapiya, pediatriya, mamalıq-ginekologiya, ümumi cərrahiyə ixtisasları üstünlük təşkil edir.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün 4000-ə yaxın namizəd qeydə alınıb.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanları həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.

Qeyd edək ki, tabeliyindən va mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Açar sözlər:

Oxunub: 919