Azay Quliyev Makedoniyanın XİN rəhbəri ilə görüşüb


23:38     01 Oktyabr 2016 14517400_1418505928159891_8006079726392050183_n.jpg

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Makedoniya Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Nikola Popeski ilə görüşüb.


Femida.az xəbər verir ki, bu barədə Makedoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, görüş ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyedə keçirilən payız Sessiyasın çərçivəsində baş tutub.

Görüşdə Makedoniyada yaxın günlərdə baş tutacaq seçkilərin ədalətli və demoratik keçirilməsindən, ATƏT PA, ATƏT DTİHB-in və digər beynəlxalq təşkilatların ciddi monitorinqinə ehtiyacdan və digər həlli vacib məsələlərdən danışılıb.

Qeyd edək ki, ATƏT PA vitse prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA müşahidə missiyasının rəhbəridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1243