İŞİD-ə aid 10 hədəfə zərbə endirildi


02:56     02 Oktyabr 2016 1475321029.jpg

Türkiyə Silahlı Qüvvələri tərəfindən davam etdirilən "Fərat Qalxanı" əməliyyatı çərçivəsində müəyyən edilən 10 İŞİD terror təşkilatı hədəfinə zərbə endirilib.


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən açıqlamada "Fərat Qalxanı" əməliyyatının 39-cu günündə səhər 07.00-yə qədər baş verən proseslərə dair məlumat verilib.

Məlumata görə, Azəz-Rai xəttində müxalif ünsürlərdən ibarət xüsusi qrup ilə İŞİD terror təşkilatı arasında Uveyşiyə, Cubban, Tall Atiyə və Tall Aşahda intensiv toqquşmalar baş verir. Uvayşiyə, Cubban və Tall Atiyədə müxalif ünsürlərin tam nəzarəti əldə etmək səyləri və ərazini partlayıcı qurğulardan təmizləmə fəaliyyətləri davam edir.

Bölgədə bu gün kəşfiyyat və müşahidə vasitələri ilə təsbit edilən 10 İŞİD terror təşkilatının hədəfinə 33 "Fırtına", 40 qumbaraatan (ÇNRA) və 20 tank atəşi həyata keçirilib.

Atəşlər nəticəsində 4 silahla yüklənmiş nəqliyyat vasitəsi, ərazidə gizlədilmiş 5 çadır tipli məskunlaşma sahəsi, bir qərargah binası məhv edilib. Bölgədə bu gün baş verən toqquşmalarda biri daha əvvəl yaralanan 3 müxalif ölüb, 7 müxalif də yaralanıb. Dəstək təmin edən TSQ ünsürlərində isə itki və dağıntı meydana gəlməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1255