Efiopiyada aksiyaçılara atəş açılıb, yüzlərlə insan ölüb


00:34     03 Oktyabr 2016 df8f7d5c087ab0fe591d8450ed613f62.jpg

Bu gün Efiopiyada dəhşətli qətliam yaşanıb.


Femida.az-ın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt Ədib-Əbəbədən 40 km uzaqlıqdakı Oromia bölgəsində dini bir mərasim üçün toplaşan kütlənin içərisindəki bəzi şəxslər hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bəzi aksiyaçılar təhlükəsizlik qüvvələrinə daş və şüşə atıblar. Təhlükəsizlik qüvvələrinin aksiyaçılara atəş açması nəticəsində yaşanan izdihamda yüzlərlə insan həyatını itirib. Cafer Muhammed adlı bir fəal ən azı 300 nəfərin öldüyünü, bundan daha çox sayda insanın isə yaralandığını bildirib. O, hərbçilərin və hərbi vertolyotların xalqa atəş açdığını, ölənlərin çoxunun atəşdən qaçmaq üçün uçurumdan atlayanların və gölə girənlərin olduğunu qeyd edib. Efiopiya hökuməti də olayda ölənlərin olduğunu bildirib və məsuliyyət daşıyan şəxslərin mühakimə olunacağını bəyan edib.

Açar sözlər:

Oxunub: 940