Generalın oğlu rəis təyin edildi
13:58 03 Oktyabr 2016
Daxili işlər orqanlarında yeni təyinat olub.
Femida.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U. Şirinovun yerinə isə hələlik təyinat yoxdur.
Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U. Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun oğludur.
Femida.az
Oxunub: 4336
Oxşar xəbərlər
- Generalın bacısı oğlu və daha iki nəfər həbs edildi
- Generalın məhkəməsində dava düşdü
- Generalın 80 illik yubileyi qeyd olunub - FOTO
- Generalın qətiyyəti... 1967-ci il, Xankəndi şəhəri...
- Generalın Çexiyada villa alması xəbərinə RƏSMİ MÜNASİBƏT
- Generalın səhvi : Qaçqın düşərgəsi bombalandı
- Generalın azyaşlı oğlunu döyənlərdən xəbər var
- Generalın arvadının poliklinikasında yoxlama - Video
- Generalın qovduğu polis rəis təyin olundu
- Generalın həbsdən görüntüləri yayıldı - FOTO