Qadın terrorçu özünü partlatdı: 15 ölü


17:17     12 İyul 2015 c91d9e49a24d713864fb19d72edd538c.jpg

Bu gün səhər saatlarında Çadın paytaxtı Ncamendə partlayış nəticəsində ən azı 15 nəfər həlak olub. Femida.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Partlayış paytaxt bazarında törədilib, 15 nəfər ölüb, çoxlu sayda yaralı var”, — deyə məlumatda bildirilir.

Polisin ilkin məlumatına görə, partlayışı qadın terrorçu bazarın girişində törədib.

Terror aktına görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 702