Atasının holdinqindən seyf oğurladı - VİDEO


19:41     03 Oktyabr 2016 holdinqogurluq.jpg

Gəncədə holdinqə məxsus seyfi oğurlayanlar saxlanılıb.


Femida.az xəbər verir ki, DİN-in baş Cinayət Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində holdinqə məxsus seyfi oğurlamaqda şübhəli bilinən Naxçıvan sakinləri, hazırda Bakı şəhərində yaşayan 24 yaşlı Asif Əliyev və onun əmisi oğlu 24 yaşlı Vasif Əliyev paytaxt ərazisində saxlanılıb.

Bakı şəhərində saxlanılan zaman onların oğurladıqları 39.400 AZN, 5700 ABŞ dolları, seyf və kameranın yaddaş aparatı gizlətdikləri yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Saxlanılan Asif Əliyev holdinqinin Gəncə nümayəndəliyin rəhbəri Azər Əliyevin oğlu, Vasif Əliyev isə onun qardaşı oğludur.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 1493