Suriyada aviazərbələrdən 28 nəfər ölüb


15:20     12 İyul 2015 7e5ad439e50a3c192658d78b452cdc03.jpg

Suriya hökuməti İŞİD-çilərin nəzarətində olan əl-Bab şəhərinə aviazərbələr endirib. Nəticədə azı 28 nəfər ölüb.


Femidaa.az xəbər verir ki, Böyük Britaniyada yerləşən Suriya insan haqları təşkilatı ölənlərdən 19 nəfərin mülki vətəndaş olduğunu bildirib. Onların arasında uşaq və qadınlar da var. Onlarla şəhər sakini yaralanıb.

Şahidlərin sözlərinə görə, hərbi helikopterlər evlərə və küçələrə partlayıcı qurğu olan metal çəllək və konteynerlər atıblar.
Hökumət İŞİD nəzarətində olan bu şəhəri tez-tez aviazərbə endirir və ya silahlı hücumlar edir.
Mayda bu şəhərdə aviareydlər və atışmalar nəticəsində 50-dən artıq insan ölüb.

Açar sözlər:

Oxunub: 791