“Ermənistan bu qətnaməni təhrif etməkdən çəkinmir”
20:25 12 İyul 2015
Xarici İçlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə müsahibə verib.
Femida.az-ın məlumatına görə, jurnalistin “Bu ilin 9 iyul tarixində Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclası çərçivəsində məruzəçi Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul edilib. Qətnamədə həlli uzadılmış münaqişələr məsələsi necə əhatə olunub” sualına cavabında bildirib ki, qətnamədə Avropa Qonşuluq Siyasəti bölgəsinin təhlükəsizliyi məsələsinə əhəmiyyətli yer ayrılıb:
“Belə ki, qonşuluq ərazisinin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunaraq bu ərazidə mövcud olan həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişiklik proseslərinə əngəl törətdiyi vurğulanır. Bu xüsusda, AQS-nin inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin həm Şərq, həm də Cənub istiqamətində həllində Aİ-nin daha fəal rol oynamalı olduğu qeyd olunur.
Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir.
Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur və AQS-nin bu prinsiplərə töhfə verməklə yanaşı, onları təcrübədə dəstəkləməli olduğu qeyd olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qətnamə AP-nin bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə istinad edir və xatırlatmaq istərdik ki, burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ifadə olunaraq bəyan edilirdi:
“Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərini pozur və Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nin məlum 4 qətnaməsi əsasında həll olunmalıdır”.
Təəssüflər olsun ki, münaqişənim həllinə dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan bu qətnaməni də təhrif etməkdən çəkinmir. Hətta reallıq hissini itirərək qətnamədə olmayan ifadələri belə yalan şəklində ora əlavə etməkdən çəkinmir. Bu da əslində zəifliyin və Ermənistanın beynəlxalq səviyyədə artmaqda olan təcridinin göstəricisidir”.
Oxunub: 825
Oxşar xəbərlər
- “Ermənistanı dövlət kimi tanımırıq” - Pakistan Senatının sədr müavini
- “Ermənistan destruktiv siyasət yürüdür” - Xələf Xələfov
- “Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək” - Rusiyalı politoloq
- “Ermənistana elə zərbələr vuracağıq ki, taktikadan istifadə edə bilməyəcək” - Polkovnik
- “Ermənistan ordusunda kadr çatışmazlığı var”
- “Ermənistan danışıqların məntiqinə zidd hərəkət edir”
- “Ermənistan gizli silaha malikdir”- İşğalçı ölkənin daha bir cinayəti
- “Ermənistan bizi təxribata çəkir” - Bahar Muradova
- “Ermənistanda Ter-Petrosyan dönəmidir”
- “Ermənistanın mərmiləri kütləvi qırğın yaradır” - XİN