Məscidə daxil olub atəş açdılar: 10 ölü


01:58     13 İyul 2015 b93d62d8add6a17fdcb311d44eda2a87.jpg


Nigeriyanın şimalındakı Borno əyalətinin mərkəzi Maiduquriyə bitişik kəndlərin birinə qanlı basqın təşkil edilib. Femida.az Anadolu agentliyinə istinadən xəbər verir ki, “Boko Haram” silahlılarının kəndə hücum etməsi nəticəsində ən azı 10 yerli sakin qətlə yetirilib.

Bildirilir ki, terrorçular kəndə motosikletlərlə gəliblər və ibadət vaxtı məscidə basqın təşkil edilib. Gülləbaran zamanı məsciddəkilərdən bəziləri öldürülüb, xeyli yerli sakin isə yaralanıb. Hadisədən sonra silahlılar bölgədən keçən əsas magistral yolu bağlayıb.

Qeyd edək ki, terror təşkilatının üzvləri 2013-cü ildə də həmin magistralı bağlamış və yoldan keçən 100 nəfərdən çox insanı qətlə yetirmişdi.

Açar sözlər:

Oxunub: 955