Ermənilər etirazı dayandırdı - İyulun 14-nə kimi


03:41     13 İyul 2015 50dc0c12-f6ff-4f18-b95e-20a986d62558.jpg


Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyası dayandırılıb.


Femida.az anspress-ə istinadən xəbər verir ki, etirazçılar bu susqunluğun müvəqqəti olduğunu, mübarizələrini bundan sonra da davam etdirəcəklərini bəyan ediblər.

Onlar tələblərinin qüvvədə qaldığını, mitinqlərin isə yaxın günlərdə yenidən bərpa olunacağını deyib.



Fəallar iyulun 14-də ölkə Baş Prokurorluğunun qarşısında mitinq keçirməyi planlaşdırır.

Qeyd edək ki, İrəvanda etiraz aksiyaları iyunun 17-dən başlamışdı. Elektrik enerjisinin bahalaşması qərarına etiraz edən sakinlər öz hiddətlərini iki həftədən artıq küçələrdə bildirmişdilər.

Nümayişçilər etirazlarını, hətta aclıq aksiyası ilə də bildirmişdi. Ermənistanda baş qaldıran etiraz aksiyaları zorakılıqla dağıdılmışdı.

Açar sözlər:

Oxunub: 825