OPEC və Rusiya danışıqlara başlayır
19:28 06 Oktyabr 2016
OPEC ölkələri və Rusiyanın İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresində qeyri-formal görüşü baş tutacaq.
Femida.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Əlcəzairin energetika naziri Nurəddin Buterfa məlumat verib. Onun sözlərinə görə, görüşdə hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq.
O, əlavə edib ki, OPEC ölkələri noyabrın 30-da Vyanada keçiriləcək növbəti sammitdə neft hasilatını ilkin nəzərdə tutulan 0,7 mln. barel/gündən daha çox azalda bilər: "OPEC Vyana toplantısında bazarı qiymətləndirəcək. Əgər hasilatın planlaşdırılan 0,7 mln. barel /gün azaldılması kifayət etməsə, bu həcmi artıracağıq".
Xatırladaq ki, Əlcəzairdə keçirilən görüşdə OPEC üzvləri sutkalıq neft hasilatının 32,5 - 33 mln. barrel səviyyəsində məhdudlaşdırılması ilə bağlı qeyri-formal razılıq əldə edib.
Femida.az
Oxunub: 1039
Oxşar xəbərlər
- OPEC Azərbaycanla bağlı son proqnozlarını açıqlayıb
- OPEC təcili iclas keçirəcək
- OPEC baş katibi Bakıya gələ bilər
- OPEC-in neft istehsalı artıb
- OPEC ölkələri neft hasilatını donduracaq
- OPEC-ə yeni baş katib seçilib
- OPEC üzvləri yenə anlaşa bilmədi
- OPEC-dən neft proqnozu
- OPEC-in toplantısı nəticəsiz başa çatdı
- OPEC prezidenti zaminə buraxıldı - Yenilənib