Ermənilərdən növbəti oğurluq


03:21     07 Oktyabr 2016 lahmacun.jpg

Ermənilər Türkiyə mətbəxinin daha bir yeməyini mənimsəməyə çalışır. Paxlava, türk qəhvəsi, dolma, keşkek və bir sıra başqa yeməklərdən sonra bu dəfə növbə lahmacuna çatıb.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt Moskvada açılan yeni erməni restoranı menyusu ilə diqqət çəkir. Restoranda türklərə məxsus lahmacun “Lamadjo” adı ilə ermənilərə məxsus “fast-food” kimi təqdim edilir.

“Lamadjo”nı lahmacundan fərqləndirən təkcə adıdır. Dad və görünüş tamamilə eynidir.

Restoran işçiləri müştəriləri aldadaraq “Lamadjo”nın Ermənistan mətbəxinin populyar yeməklərindən biri olduğunu deyirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1506