Yunusların məhkəməsi təxirə salındı


16:29     13 İyul 2015 1003.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdəki Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi keçirilməli idi. Lakin məhkəmə prosesi vəkillərə belə heç bir açıqlama verilmədən təxirə salınıb.


Məhkəmə binası qarşısında olan müxbirimizin verdiyi məlumata görə, penitensiar xidmətin maşını məhkəmə qarşısında görünmür. Prosesin 15 iyul saat 10:00-da davam edəcəyi bildirilib.

Qeyd edək ki, Leyla Yunus və Arif Yunus «xalq diplomatiyası» adı altında Ermənistanın qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanın zərərinə olan işbirliyində, jurnalist Rauf Mirqədirovun Ermənistana səfərlərini təşkil etməkdə, dövlətə xəyanətdə və daha bir neçə məsələdə ittiham olunur. L.Yunusa CM-nin 6, A.Yunusa isə 2 maddəsi üzrə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 782