Bakıda səkkiz maşın külə döndü


22:35     20 Aprel 2015 11157006_10206649120293329_162632101_n.jpg

Bakıda dəhşətli yanğın hadisəsi baş verib.


Femida.az xəbər verir ki, yanğın Tbilisi prospektində yerləşən yarım tikilidə qeydə alınıb. Havanın küləkli olması yanğının miqyasını böyüməsinə səbəb olub. Belə ki, yanğın yarım tikilinin yanında olan avtomobillərə keçib. Nəticədə səkkiz avtomobil yanaraq külə dönüb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri gəlib. Yanğının qarşısı alınıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 495