Dünyanın axtardığı narkobaron yenə həbsxanadan qaçdı


17:47     13 İyul 2015 guzman.jpg


Meksikalı narkobaron Xoakim Quzman ölkənin ən etibarlı həbsxanalarından sayılan Altipano həbsxanasından qaçıb.


Xəbərə görə, videokameralar "Çapo" ləqəbli Quzmanı sonuncu dəfə şənbə günü vanna otağına daxil olarkən qeydə alıb. O vaxtdan narkobaronu "gördüm" deyən olmayıb.

Qeyd edək ki, bu, Xoakim Quzmanın son 14 il ərzində həbsxanadan ikinci qaçışıdır. Polis ilk qaçışdan sonra - 2001-ci ildən onu axtarsa da, yalnız ötən il ələ keçirə bilib. Amma narkobaronu cəmi bir il həbsdə saxlamaq mümkün olub.

Artıq Meksikanın bütün qonşu ştatlarının yollarında postlar qoyulub. Ölkə paytaxtına gedən yollarda bütün şübhəli avtomobillər polis tərəfindən yoxlanılır.

Qeyd edək ki, Xoakim Quzman dünyada ən çox axtarılan narkobaronlardan biridir. ABŞ onun başına 5 milyon dollar mükafat təyin edib.

Açar sözlər:

Oxunub: 3082