Gəmi qəzasında ölənlərin sayı 800-ə çatıb


14:23     21 Aprel 2015 fft99_mf3377470.Jpeg


Siciliya boğazında qeyri-qanuni miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 800-ə çatıb.

TASS agentliyin verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığından bildiriblər.

“Qəzada 800 nəfərin öldüyü təsdiqlənib”, təşkilatın nümayəndəsi deyib.

Məlum olduğu kimi, aprelin 19-da miqrantları daşıyan kiçik gəmi Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığından dənizə çıxıb. Gəmidə Əlcəzair, Misir, Somali, Nigeriya, Seneqal, Mali, Zambiya, Qana və Banqladeş vətəndaşları yer alıb.

Son məlumatlara əsasən, 27 nəfərin həyatını xilas etmək mümkün olub. İtaliya polisi qeyri-qanuni miqrantların daşınmasının təşkilində şübhəli bilinən 2 nəfəri saxlayıb.

Açar sözlər:

Oxunub: 480