Ağcabədidə qətl


19:29     13 İyul 2015 bıçaq08.jpg

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, rayonun Aran kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Musa Əli oğlu aralarında baş verən mübahisə zəmnində həmkəndlisi, 1979-cu il təvəllüdlü Həsənov İlham Cahid oğlunu bıçaqlayıb. Boğazından və bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq yarası alan İ. Həsənov hadisə yerindəcə dünyasını dəyişib.

Ə. Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1045