Çeçenistanda silahlı qrup məhv edildi


15:02     09 Oktyabr 2016 dagistan.jpg

Çeçenistanın Qudermes rayonunda silahlı qrup məhv edilib.


Qudermes rayonunda Engel-yurd və Qerzel yaşayış məntəqələri arasında mobil polis postu qurulub.

Polis yoldan keçən iki minik avtomobilini yoxlama aparmaq üçün dayandırmaq istəyib. Ancaq avtomobillərdən polisə atəş açılıb. Nəticədə 4 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları atışmada 7-ə qədər silahlının öldürüldüyünü bildiriblər.

Öldürülən silahlıların şəxsiyyəti müəyyənləşdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1158