Homoseksual molladan Peyğəmbərlə bağlı - AÇIQLAMA


20:34     13 İyul 2015 3nl3wlox0.jpg

“Qurani-Kərim”də homoseksualların cəzalandırması yazılmayıb.”


Femida.az xəbər verir ki, bu barədə amerikalı homoseksual molla Daayiee Abdullah deyib. O müsəlman ölkələrdə keçirilən “gey parad”dan sonra eynicinslilərə qarşı sərt tədbirlərdən və İŞİD-in cinsi azlıqları amansızlıqla öldürdüklərindən də danışaraq bunu pisləyib.

"Quranın heç bir hissəsində homoseksualların cezalanmasından bəhs edilmir. Tarixçilər Məhəmməd Peyğəmbərin homoseksuallara qarşı heç bir fikrini tapa bilmir”

Homoseksual molla qadın və kişilərin yan-yana namaz qılmasına, eyni zamanda qadınların imamlıq etməsinə icazə verdiyinə görə tənqidlərə məruz qaldığını deyib. Həmçinin o ibadət edən cinsi azlıqlardan da danışıb:

“Biz insanları cinsiyyətinə, müsəlman və ya qeyri-müsəlman olmasına görə bölmürük. İnsanlar Allaha ibadət etmək üçün məscidə gəlirlər".

Qeyd edək ki, son illər İŞİD Suriyada homoseksual münasibətlərə girməkdə günahlandırdıqları insanları edam edir. Yanvar ayında daha iki nəfər cinsi azlığı camaatın gözü qabağında çarmıxa çəkmişdilər. Keçən ilin dekabr ayında isə səkkiz silahlının homoseksualı yüksək binanın damından aşağı atdığı zaman çəkilən fotolar yayılmışdı.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 4276