Gəncədə avtomobil piyadanı vurub


21:00     10 Oktyabr 2016 piyada%20oglan.jpg

Gəncə şəhərində avtomobil piyadanı vurub.


Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu keçmək istəyən, 1974-cü il təvəllüdlü Sevinc Cahangirova “VAZ 2107” markalı avtomobillə vurulub. Qadın dərhal Gəncə şəhər Təcili tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 871