İlham Əliyev Ermənistandakı kriminal vəziyyətdən danışdı


01:30     14 İyul 2015 ilham%20əliyev6.jpg

"Ermənistandakı kriminal diktatura rejimi öz xalqını əzir və oradakı xunta xalqın hesabına varlanır".


Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı çıxışında dünyanın hazırda müxtəif yerlərində xoşagəlməz hadisələrin baş verdiyini, Yaxın Şərqdə toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi və mənəvi böhran içərisində olduğunu, bütün bunların Azərbaycanı düşünməyə vadar etdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın Avropa qurumlarına inteqrasiyası, həmçinin əməkdaşlığın formatı ilə bağlı fikirlərini də bölüşüb: "Azərbaycan bütün ölkələrlə, beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam ediririk. Avropa İttifaqı ilə əməkdaşlıqda ölkəmizin ümumilli maraqları əsas götürülür".

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur: "Ermənistan, sadəcə olaraq, danışıqlar prosesini boykot edir, maksimum dərəcə bu məsələni uzatmağa çalışır".

Açar sözlər:

Oxunub: 740