İftar vaxtı məscid partladıldı - 25 ölü


04:01     14 İyul 2015 98766.jpg

Əfqanıstanın şimalındakı Bağlan vilayətində partlayış baş verib.


Femida.az Anadolu Agnetliyinə istinadən xəbər verir ki, partlayış Pul-i Humri şəhərindəki məsciddə, iftar saatlarında baş verib.

Əfqanıstan Daxili İşlər Nazirliyi rəsmisi general Eyyub Salang açıqlamasında bombalı hücum zamanı 25 nəfərin öldüyünü qeyd edib.

Hücumu heç bir təşkilat öz üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 541