Kəhrizlərin monitorinqi aparılıb


18:34     13 Oktyabr 2016 kehriz.jpg

2016-cı ilin iyul-avqust aylarında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy, Bərdə, Ağdam və digər rayonların ərazisində vaxtı ilə fəaliyyətdə olan, sonradan unudulmuş kəhrizlərin çöl tədqiqatı əsasında monitorinq həyata keçirilib.


AMEA-dan Femida.az-a verilən məlumata görə, məqsəd ölkədə yayılmış kəhrizlərdən içməli su və təsərrüfat məqsədi ilə istifadə vəziyyəti, sıradan çıxmış kəhrizlərin gələcəkdə bərpası, bu su mənbələrindən səmərəli istifadə etməkdir.

Qeyd olunub ki, 2015-ci il aprel ayının 22-də AMEA ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” niyyət sazişi imzalanıb. Monitorinq hər iki qurumun mütəxəssisləri tərəfindən aparılıb. Tədqiqat işinə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, a.e.d., prof. Əlövsət Quliyev rəhbərlik edib.

Hazırda ekspedisiya zamanı əldə edilmiş tədqiqat materiallarının təhlili aparılır. Yaxın günlərdə isə tədqiqatların yekun nəticələri barədə ətraflı məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1141


Oxşar xəbərlər