Azay Quliyev prezidentlə görüşdü


02:10     14 Oktyabr 2016 azay%20quliyev9.jpg

Monteneqronun prezidenti Filip Vuyanoviç Podqoriça şəhərində ATƏT PA bu ölkədə keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və ATƏT-in xüsusi əlaqələndiricisi Marqareta Sederfeltlə görüşüb.


Femida.az-ın xəbərinə görə, bu haqda məlumatı Prezident Vuyanoviç Adminstrasiyasının mətbuat xidməti və rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə prezident Vuyanoviç ATƏT PA rəsmilərini Monteneqroda keçiriləcək seçkilərin azad, ədalətli və demokratik standartlara cavab verən səviyyədə keçiriləcəyini əmin edib. Bu məqsədlə prezidnet Vuyanoviç bildirib ki, beynəlxalq müşahidəçilərin, ATƏT PA rəsmilərinin və müşahidə missiyasının, habelə yerli müşahidəçilərin iştirakından məmnundur və xüsusilə missiyanın fəaliyyətinə böyük dəyər verir.

“ATƏT PA-nın təmsilçiləri öz növbəsində bildiriblər ki, missiyanın əsas məqsədi mövcud mandat çərçivəsində fəaliyyət göstərməkdir və ümid edirlər ki, seçkidə iştirak edən tərəflər xoş və qarşılıqlı hörmətə söykənən münasibət sərgiləyəcəklər”- deyə xəbərdə bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1143