Kredit götürən şəxs dünyasını dəyişərsə… - HÜQUQİ CAVAB


16:00     14 İyul 2015 kredit.jpg


Femida.az hüquqi maarifləndirmə işini davam etdirir.

Bankdan müəyyən məbləğdə kredit götürmüş vətəndaş dünyasını dəyişdiyi təqdirdə kredit borcu ailə üzvləri tərəfindən ödənilməlidirmi?


Cavab:

“Kredit müqaviləsi bağlanan zaman hər-hansısa şəxs zamin durursa və müştəri vəfat edirsə, bu zaman kreditin qaytarılmasını həmin şəxs təmin edir. Yox əgər zamin yoxdursa, o zaman girov qoyulan əmlakın satılması yolu ilə borcun ödənilməsi həyata keçirilir. Digər bir halda isə kredit müqaviləsi imzalanan zaman nə zamin duran şəxsin, nə də girovluqda hansısa əmlakın olmaması mümkündür. O zaman müqaviləyə baxılır. Ola bilər ki, vətəndaş arayış təqdim etməklə kreditə pul götürüb. Bu zaman isə həmin müqavilə “Problemli Kreditlər Şöbəsi”nə göndərilir və həmin şöbə məhkəmə yolu ilə vərəsəlik hüququ olan şəxsdən həmin borc alınır”.

“Əgər kredit götürən şəxs vəfat edirsə, bu zaman faizlər ləğv edilir. Bu o zaman baş verir ki, müştərinin dünyasını dəyişdiyini göstərən rəsmi sənəd – ölüm haqqında şəhadətnamə bankımıza təqdim edilir. Şəhadətnamə banka təqdim edildiyi andan etibarən faizlərin hesablanması dayandırıla bilər”.

Vəfat edən və ya əmək qabiliyyətini qismən və ya tam itirən şəxs kredit borcunu ödəməlidirmi sualına cavab olaraq bankdan belə bir cavab aldıq, əgər müştərinin ailəsi və ya zaminin kredit borcunu ödəmək imkanı yoxdursa, kredit girovsuzdursa və borcalan həyat sığortası olmayıbsa onda kredit üzrə öhdəliklər bankın zərəri hesabına ödənilir:

“Əgər borc varislərdən tutulacaqsa varislərin öz əmlakları hesabına krediti qaytarmağa borclu deyil: Yalnız miras qalan əmlakı satışa çıxarılmalıdır, əldə edilən pul hesabına borc ödənilməlidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1939