Atasını və qardaşını bıçaqladı - Lənkəranda


17:40     16 Oktyabr 2016 5db5b9f9f759eb0db95c103eacd14dc7.jpg

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11.30 radələrində şəhərin Axundzadə, 25 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan Samir Müdəris oğlu Heydərli ailə münaqişəsi zəminində 80 yaşlı atasına və 47 yaşlı qardaşı Mahirə bıçaqla ağır bədən xəsarətləri yetirib. Hər iki yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Boyun və bel nahiyəsindən kəsilmiş-deşilmiş yara alan Mahir Heydərli cərrahiyyə əməliyyatına götürülüb. Boyun və boğaz nahiyələrində kəsilmiş yaraları olan ata Müdəris Heydərova isə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Hadisəni törətmiş Samir Heydərli yaxalanaraq istintaqa cəlb olunub. Onun psixi problemləri olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1259