Erkən qış rejiminə keçilə bilərmi? - Video


02:48     17 Oktyabr 2016 164374_res_01.jpg

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Bir sıra dağlıq və dağaətəyi rayonlarda isə sulu qar və qar yağacağı ehtimalı var.



Temperaturun kəskin aşağı düşməsi isə paytaxtda vətəndaşları indidən istilik sistemlərini qoşmağa vadar edib. Evlərində kombi sistemi olanlar bunu etsə də, mərkəzi istitmə sistenminə qoşulu olan mənzillərdə yaşayanlar müxtəlif çıxış yolları axtarır. Bu isə erkən qış rejiminə keçmək məsələsini gündəmə gətirir. Bəs görəsən, erkən qış rejiminə keçilə bilərmi?

"Xəzər xəbər" məsələ ilə bağlı Azəristiliktəhcizat Açıq Səhmdar Cəmiyyətinin mövqeyini öyrənib. Qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, erkən qış rejiminə keçid birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mümkündür. Bu qərar təkcə Azəristiliktəhcizata yox, eyni zamanda Azəriqaz və Azərişığa da şamil edilir.

Ümumilikdə isə erkən qış rejiminə keçidin əsas şərti 3 gün ard-arda sutkalıq orta temperaturun 6 dərəcədən aşağı olmasıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın tempraturu həftənin ilk günündə gündüz 9, gecə isə 7 dərəcə isti təşkil edəcək. Belə çıxır ki sutkalıq orta tempraturun 6 dərəcədən aşağı düşməsi hələ gözlənilmir.


Açar sözlər:

Oxunub: 1647