Ticarət mərkəzində yanğın


02:59     15 İyul 2015 95108.jpg

Bu gün səhər Rusiyanın paytaxtı Moskvanın cənubunda yerləşən ticarət mərkəzində yanğın olub.


Femida.az-ın məlumatına görə, Rusiyanın Fövqəladə Hallar Nazirliyi bu haqda məlumat yayıb.

Bildirilib ki, yanğın ticarət mərkəzinin birinci mərtəbəsində otaqlardan birində başlayıb. Alov 20 kvadrat metrlik ərazini əhatə edib. Xilasedicilər binadan 200 insan təxliyə edib. Hadisə yerinə 30-dan çox xilasedici və 8 yanğınsöndürən maşın cəlb edilib.

Xatırladaq ki, Moskvada dünən də yanğın olmuşdu. Şəhərin cənubundakı avtoservisdə 100 kvadrat metr sahə yanmışdı. Həmin yerdə insanların olmadığı, yalnız avtomobillərin olduğu bildirilmişdi. Lakin həmin yerdə qaz balonlarının olması partlayış təhlükəsi yaratmışdı. Lakin yanğın axşam saatlarına söndürülümüşdü.

Açar sözlər:

Oxunub: 802